Rövnəq Abdullayev: "Prosineçkinin qalıb-qalmayacağı ilə bağlı məsələyə cari tsikldən sonra qərar veriləcək"

  • By admin
  • 05 Oktyabr 2017 22:11

rovneq
“Oyunu gördünüz də? Uduzmaq heç vaxt sevindirici ola bilməz. Ona görə məyusam”.
Bunu “Report”a açıqlamasında AFFA prezidenti Rövnəq Abdullayev Azərbaycan millisinin 2018-ci il dünya çempionatının seçmə mərhələsində Çexiya yığmasına 1:2 hesabı ilə uduzduğu görüşdən sonra deyib.
O, bildirib ki, yığmanın baş məşqçisi Robert Prosineçkinin postunda qalıb-qalmayacağı ilə bağlı cari tsikl başa çatdıqdan sonra qərar veriləcək.
R.Abdullayev “Rəşad Sadıqovun gedişindən sonra onu əvəzləyə bilən biri olacaqmı” sualına belə cavab verib: “Həyat davam edir”.

 

Gununsesi.info