Rövnəq Abdullayevin maşını ilə kobud qayda pozuntusu  - FOTO

  • By admin
  • 14 Mart 2022 12:48

İqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayevə məxsus avtomobillə yol hərəkəti qaydası pozulub.

Gununsesi.info Avtosfer-ə istinadən xəbər verir ki, 90-AA-999 qeydiyyat nişanlı “Mercedes Maybach” markalı avtomobilin sürücüsü martın 13-də paytaxtın Əhməd Rəcəbli küçəsində dayanma-durma qayadasını kobud şəkildə pozub.

Belə ki, sürücü həm avtobus zolağında, həm də avtobus dayanacağında avtomobili park edərək oradan uzaqlaşıb.

Qeyd edək ki, 90-AA-999 qeydiyyat nişanlı avtomobil “Black Sapphire” şirkətinə məxsusdur. Həmin şirkətin Rövnəq Abdullayevə məxsus olduğu bildirilir.

Eyni zamanda bu avtomobillə yanaşı 10-AA-999 və 99-AA-999 qeydiyyat nişanlı avtomobillər də Rövnəq Abdullayevə məxsusdur.

Gununsesi.info