Rövşən Əkbərov: Atəşkəs dövrünün Milli Qəhrəmanı

  • By admin
  • 16 Mart 2021 20:09

Atəşkəs dövrünün Milli Qəhrəmanı həbs olundu. 2014-cü ilin avqustunda Tovuzda sərhəddi keçib Azərbaycanın kəndinə gələn kəmağıllı bir ermənini diversant kimi qələmə verib, qarşısında diz çökdürüb fotosunu yayan şou generalı öz məntiqi sonluğuna çatdı.

Hələ o zaman demişdim ki, ordumun general poqonunu daşıyanın bu hərəkəti orduma, əsgərimə təhqirdir. Sağ əli Azərbaycan əsgərinə qənim kəsilmiş özü kimilərin başına və bu da olacaq.

HTML tutorial

Bu gün bizim kəmağıllı erməniyə yox, bütün Ermənistana, onun işğalçı ordusuna, dünya erməniliyinə diz çökdürmüş ordumuz, əsgərlərimiz, zabitlərimiz var. Belələrinin isə yeri elə həqiqətən həbsxanadır.
Bayramın mübarək müzəffər Azərbaycan Ordusu!

Ərəstun Oruclu