“2017-ci ilin büdcəsinin xərcləri bu ilə nisbətən 1.895 milyard manat azaldılı. Bu 10%-dən bir qədər çox azalmadı. Manat ifadsəsində bu son 5 ilin ən kiçik büdcəsidir”.
Gununsesi.info xəbər verir ki, bunu İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Rövşən Ağayev bildirib.
İqtisadçının sözlərinə görə, yalnız 2011-ci ildə büdcə xərcləri 15.4 milyard manat səviyyəsində olmuşdu: “Sonrakı 3 ildə – 2012-2014-cü illərdə 17.4-19.1 milyard manat intervalında, 2015-2016-cı illərdə isə 18 milyard manatdan çox olub.
Dollar ifadəsində müqayisənin yeri yoxdu: 2017-də inidiki məzənnə ilə təxminən 10.4 milyar dollar nəzərdə tutulur. Halbuki sonuncu dəfə bu məbləğ 2007-ci ildən sonra olmayıb – 2008-c ildə 13.5 milyard dollar olmuşdu. Ən yüksək hədd 2014-də olmuşdu -24.5 milyard dollar”.
R.Ağayev deyir ki, büdcə balacalaşaraq böyük neft pullarından əvvəlki dövrə qayıdır: “2006-cı ildə böyük neft pullarının axını başlayanda Neft Fondundan büdcəyə transfertlərin həcmini sürətlə artırıb dövlət büdcəsinin böyüməsi necə müsbət tonda təbliğ olunurdusa, indi dəFonddan büdcəyə köçürmələri o sürətlə azaldıb büdcənin kiçilməsini də eyni coşqu ilə müsbət tonda təbliğ edirlər.
Yəni gələn il Neft Fondunun transferlərinin həcminin 1.5 milyard manat azalmasının səbəbi büdcənin kiçilməsidir. İqtisadiyatın vergi potensialı bu azalmanı kompensasiya etmək imkanında deyil.Dövlət büdcəsini Fond böyütmüşdü, o da kiçildir”.
Vüsalə RÜSTƏMOVA
Gununsesi.info