Rövşən Bayramov bürünc medal uğrunda təsəlliverici görüşdə də uduzdu – YENİLƏNİB

  • By admin
  • 14 Avqust 2016 19:22

bayramov

Güləşçimiz Rövşən Bayramov ikinci görüşündən də qələbə ilə ayrılıb.

Gununsesi.info xəbər verir ki, Rövşən Bayramov 1/4 final mərhələsində ABŞ təmsilçisi Xese David Telke üzərində 9:0 hesabı ilə qələbə qazanaraq yarımfinala yüksəlib.

Rövşən Bayramovun yarımfinaldakı rəqibi Şinobu Ota (Yaponiya) olacaq.

***

Bir az öncə Rövşən Bayramov yarımfinalda yaponiyalı rəqibi Şinobu Ota ilə görüşdən məğlub ayrılıb. Rövşən Bayramov bürünc medal qazanmaq üçün təsəlliverici görüşlərə çıxacaq.

***

Qeyd edək ki, Rövşən Bayramov təsəlliverici görüşdə də uduzub. Brlə ki o, 2014-cü il dünya çempionatının mükafatçısı norveçli Stiq-Andre Berqeyə məğlub olub. İdmançımız “Rio-2016”nı beşinci yerdə yekunlaşdırıb.

Gununsesi.info