XƏBƏR LENTİ

21 Fevral 2018
20 Fevral 2018

18 Avqust 2016 - 11:05

Rövşən Lənkəranski güllələndi-ŞOK

rrr 

Məşhur azərbaycanlı avtoritet Rövşən Lənkəranskinin qətlə yetirilməsi ilə bağlı xəbər yayılıb. Gununsesi.info “Qafqazinfo”ya istinadən bildirirlir ki,  Lənkəranski bu gecə Türkiyədə qətlə yetirilib. Onunla bərabər sürücüsü də öldürülüb. Hadisə haqqında Türkiyə mediası da məlumat yayıb. Məlumatda Lənkəranskinin vurulduğu qeyd olunsa da, ağır vəziyyətdə xəstəxanaya çatdırıldığı bildirilib.  Hazırda Rövşənin qardaşı da təcili Türkiyəyə gedib.

Qeyd edək ki, son vaxtlar Rövşən Lənkəranskinin qətlə yetiriləcəyi ilə bağlı Rusiya mediasında xəbərlər yer alırdı. Ded Xasanın qətlini təşkil etməkdə ittiham olunan azərbaycanlı “vorzakon”un öldürülməsi ilə bağlı qərar çıxarıldığı da bildirilirdi. Onu da əlavə edək ki, bu qərar Ded Xasanın ölümündən sonra onun yerinə keçən Şakro Molodoy tərəfindən verilib.

istanbul-da-luks-cip-capraz-atese-tutuldu-7515644

 

Gununsesi.info