“Rövşən Lənkəranski” və “Lotu Quli”nin adamları arasında qanlı olay- KÜTLƏVİ BIÇAQLANMA

“Rövşən Lənkəranski” və “Lotu Quli”nin adamları arasında qanlı olay

Kriminal aləmdə “Yetim Sabir“ kimi tanınan şəxslə “Gəncəli Firdovsi” kimi tanınan şəxs arasındakı telefon danışığının sosial şəbəkədə – “Youtube”da yayımlanmasından sonra aləm bir-birinə dəyib. Belə ki, adıçəkilən şəxslər arasında gedən telefon danışığı zamanı “Gəncəli Firdovsi” “Lotu Quli”ni “qanuni oğru” kimi tanımadığını bildirib.

Gununsesi.info-nun əldə etdiyi məlumata görə, məhz bu, kriminal aləmdə yeni qanlı olayın əsasını qoyub.

Bununla bağlı verilən informasiyada qeyd olunur ki, ötən gün mərhum “qanuni oğru” “Rövşən Lənkəranski”nin və “Lotu Quli”nin adamları arasında kütləvi bıçaqlanma hadisəsi baş verib.

Bildirilir ki, təxminən, 60-ya yaxın gəncin iştirak etdiyi qanlı olay Gəncə şəhərinin yaxınlığında yerləşən Göygöl rayonunun Qızılca kəndində qeydə olunub. Tərəflər bunu hüquq-mühafizə orqanlarının hadisədən xəbər tutmaması məqsədiylə ediblər.

Məlumatda həmçinin, o da deyilir ki, “Lotu Quli” olub-bitəni internet vasitəsiylə canlı izləyib.

Baş vermiş hadisə nəticəsində bir neçə nəfər bıçaq xəsarəti alıb və Gəncədəki xəstəxanalara yerləşdiriliblər.

Xatırladaq ki, “Gəncəli Firdovsi”nin telefon danışığı zamanı “Mən “Quli”ni “oğru” kimi tanımıram” deməsi “Yetim Sabir“i özündən çıxarıb və o, “Quli”ni “oğru” kimi tanımayan qəhbə olar”, deyə qarşı tərəfə cavab verib. Məhz bundan sonra “Gəncəli Firdovsi” “Yetim Sabir”in ağzını cıracağına dair söz verib.

Gununsesi.info

COMMENTS