Rövşən Lənkəranskinin qətlinin “sifarişçi”si bəlli oldu

  • By admin
  • 05 Yanvar 2017 17:54
rovsen
“Qanuni oğru” Rövşən Caniyevin (Lənkəranski)  qətlinin sifarişçisinin Rəşad İsmayılov (Rəşad Gəncinski) olduğu bildirilir.
Gununsesi.info  “Rosbalt”-a istinadən xəbər verir ki, bunu  Rəşad İsmayılov qanqsterlər arasında söhbəti zamanı Rövşən Canıyevin onun əmri ilə öldürüldüyünü deyib.
Bu bardədə “Rosbalt”-a  hüquq-mühafiəz orqanlarındakı  etibarlı mənbələrdən verilib.
 R. İsmayılov bununla da Rövşən Caniyevdən  Moskvada öldürülən yaxın dostu və tanınmış iş adamı  Canpolad Şamiloğlunun qisasını aldığını bildirib.
İstintaq zamanı Canpolad Şamiloğlunun Rövşən Caniyevin qruplaşmasına daxil olan   iki killer tərəfindən güllələndiyi bəlli olub. İş adamının qətlinin  R.Caniyev tərəfindən verildiyi ortaya çıxıb. Əldə edilən məlumata görə, Lənkəranski ilə Canpolad Şamiloğlu arasında qarşıdurma Moskvadakı “göy bazarı” ucbatından yaranıb.
Rəşad Gəncinski rus mafiyasının mərhum lideri “Ded Xasan”ın klanına aiddir. Bir müddət öncə Rusiya mətbuatı Rövşən Lənkəranskidən sonra yaranan boşluğu doldurmaq üçün Nadir Səlifov (Lotu Quli) və Vaqif Süleymanovun (Vaqif Bakinski) birləşdiyi haqqında informasiya yayıb. Mətbuat az sonra bu ittifaqa Rəşad İsmayılovun da qoşulduğunu yazıb.
Gununsesi.info