Rövşən Lənkəranskinin yeni varisi - YAXUD DATO AĞCABƏDİNSKİNİN KRİMİNAL ALƏMDƏKİ REVANŞI

  • By admin
  • 18 Sentyabr 2017 15:36

rovsen

Rövşən Lənkəranskinin ölümündən sonra onun yeri, varisi uğrunda mübarizə daha ciddi mərhələyə qədəm qoyub. Düzdür, Rövşən Lənkəranskinin ölümündən sonra keçmiş sovetlər birliyində azərbaycanlı kriminal avtoritetlər arasında yeganə nüfuzlu “qanuni oğru” Nadir Səlifov “Lotu Quli” liderliyə ən şanslı iddialılardan hesab edilsə, heç də digər “qanuni oğrular” onun liderliyini qəbul etmək niyyətində deyil. Bunun da səbəbi həmin qruplarla Quli arasındakı şəxsi ədavət və düşmənçilikdir.

Məhz buna görə də onu qəbul etməyən kriminal aləmin bir neçəsi bir araya gələrək Quliyə qarşı yeni cəbhə açaraq müharibəyə başladıqlarını bəyan ediblər. Artıq bu barədə mediada da xeyli məlumat gedib. Lotu Qulinin liderliyini qəbul etməyən və Rövşən Lənkəranskidən sonra yaranan boşluğu doldurmaq üçün kriminal aləmdə olan digər azərbaycanlı “qanuni oğru”lardan olan Cavid Məmmədovun (Dato Ağcabədinski) liderliyi altında Rafiq Eyvazov (Rafiq Masallinskiy), Emin Əhmədov (Emin Hacıqabulskiy) və Ceyhun Əsgərov (Ceyhun Gəncinskiy) “dördlük”dən ibarət qrup vahid cəbhə yaradılıb. Lotu Quliyə qarşı yaradılan müxalif düşərgə öz təsir dairəsini genişləndirmək və Lotu Qulini sıradan çıxarmaq üçün genişmiqyaslı əməliyyatlara başlayıb. Odur ki, azərbaycanlı kirminal dəstələr arasındakı müharibə qızğın müharibə mərhələsinə qədəm qoyub. Məhz son günlərdə kriminal aləmdə baş verən səs-küylü hadisələri bu oyunun tərkib hissəsi kimi dəyərləndirmək olar.

Yuxarıda söylədiyimiz kimi Rövşən Lənkəranskidən sonra bu aləmdə yaranmış boşluğu doldurmaq üçün xeyli sayda iddialı olsa da, heç də hamı bu iddiasını reallaşdıra bilmir ki, bilmir.  Bu boşluğu doldurmaq üçün təkcə azərbaycanlı kriminal avtoritetlər tərəfindən deyil, eyni zamanda keçmiş sovetlər birliyində fəaliyyət göstərən digər kriminal qruplaşmalar tərəfindən həm dəstək almaq, həm də qəbul edilmək lazımdır. Hələ ki, azərbaycanlı kriminal dəstələrə belə dəstək yoxdur.  Sadəcə Lotu Quli müəyyən kriminal qruplaşmalar tərəfindən qəbul edilir və onun verdiyi qərarlara əməl olunur.

Bəzi media qurumlarının, xüsusən də Rusiya mediasının yazdığına görə, Yunan və Abxaz kriminal aləmin tanınmış simaları Rövşən Lənkəranskinin varisi kimi Cavid Məmmədovu “Dato Ağcabədinski”ni görmək istəyirlər. Buna görə də ona hər cür dəstək verməyə və digər kriminal qruplaşmalarla da danışıq apararaq Dato Ağcabədinskiyə dəstək verməyə çalışırlar. Artıq bu istiqamətdə müəyyən işlər görülüb və görülməkdədir.

Dato Ağcabədinskiyə ilk dəstəyi nüfuzlu Abxaz “qanuni oğru” Raul Barçboy (Rıza) verib. O, Abxaz kriminal aləmin üzvlərinin Cavidə dəstə verməsi istiqamətində aktiv iş aparır və buna müəyyən mənada nail olub.

Qeyd edək ki, Dato Ağcabədinski ilə Rıza eyni məhbəsdə cəza çəkiblər və bu zaman aralarında ciddi dostluq münasibətləri yaranıb.

Dato Ağcabədinskiyə digər dəstək verən qurplaşama isə yuna kirminal aləmin üzvləridir. Belə ki, yunan kriminal aləminin nüfuzlu “qanuni oğruları” David Sebiskveradze (Dato Kutaisskiy), Laşi Celadze (Raça) və Zaza Ambroladze də (Zaza) Dato Ağcabədinskiyə dəstək verməyi qərara alıblar. Hazırda onlar Gürcüstandan olan digər nüfuzlu “qanuni oğrular”ın ona dəstək verməsinə çalışırlar.

Bununla belə Moskvada fəaliyyət göstərən və Lotu Qulinin rəhbərliyini qəbul etməyən iş adamları da Dato Ağcabədinskiyə “stavka” etməyə hazır olduqlarını dilə gətiriblər. Onlar əsasən bir zamanlar Rövşən Lənkəranskinin nəzarətində olan şəxslərdir.

Dato Ağcabədinski bu missiyanıın öhdəsindən gələcəkmi?

Baxmayaraq Dato Ağcabədinskinin liderliyi altında həm Rövşən Lənkəranskidən sonra yarana boşluğu doldurmaq, həm də Quliyə qarşı güclü bir qruplaşmanın formalaşdırılmasa da, bunun hansı effekti verəcəyi hələ də bir çoxlarını ciddi düşündürür. Bunun da bir çox səbəbləri var. Belə ki, bu cəbhə sonadək  vahidliyini qoruyub, saxlaya biləcəkmi? Aralarında hansısa mərhələdə ciddi ixtilaf yaranmayacaq ki? Ən əsas faktor isə Dato Ağcabədinskinin həm azərbaycanlı, həm də digər ölkələrin kriminal cəmiyyətində yetərincə nüfuza sahib olmamasıdır. Baxmayaraq ki, hazırda Dato Ağcabədinskinin keçmiş sovetlər birliyindəki kriminal dəstələr və mafiya nüməyəndələri arasında tanınması istiqamətində fəali işlər gedir, ancaq bu hələ ki, istənilən nəticəni verməyib.

Bunun digər bir nədəni də var ki, 2014-cü ildə Lotu Qulinin adamları tərəfindən Dato Ağcabədinskinin adamlarının onun gözü qarşısında döyülməsi olub. Qulinin  Dato Ağcabədinskinin “tac”landırılmasına qarşı çıxıb. O bəyan edib ki, R.Lənkərənaskidən sonra heç bir kriminal dəstə onun qərarı və razılığı olmadan azərəbaycanlı kriminal aləmin üzvünə ad verə bilməz. Bunu bilən Quli Dato Ağcabədinskinin həm azərbaycanlı, həm də digər kriminal aləmdəki qruplar arasında nüfuz qazanmasına imkan verməyəcək və bunun qarşısını almaq istiqamətində fəaliyyət göstərəcək.

Bütün bu sadalananlar onu deməyə əsas verir ki, Dato Ağcabədinskinin  kriminal aləmdəki revanşı ona elə də asan başa gəlməyəcək. Bu yol da o hələ çox “imtahanlar” verməli olacaq. İtkiləri də az olmayacaq. Bu yol qurbanlarla yanaşı, kriminal aləmin öz qaydalarına uyğun hərəkət və düşünülmüş qərarlar qəbul etməsini tələb edir. Burada digər kriminal qruplaşmalar arasındakı münasibətlərdən xəbərdar olmaq, onlarla hansı səviyyədə əlaqə və ya əməkdaşlıq qaydalarını bilmək lazımdır. Bu da göründüyü qədər də asan olan məsələ deyil.

Gununsesi.info