Rövşən Məmmədov Aparat rəhbərini İŞDƏN ÇIXARDI - FOTO

  • By admin
  • 12 Aprel 2019 13:00

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) sədri vəzifəsini icra edən Rövşən Məmmədov Aparat rəhbərini vəzifəsindən azad edib.

Gununsesi.org unikal.org-a istinadən xəbər verir ki, R.Məmmədovun müvafiq əmri ilə, Aparat rəhbəri vəzifəsini icra edən Cabbar Quliyevi işdən çıxarıb.

Xəbəri Unikal.org-a Cabbar Quliyev təsdiqləyib.

Qeyd edək ki, Rövşən Məmmədov Cabbar Quliyevi bu ilin yanvar ayında Aparat rəhbəri vəzifəsinə təyin etmişdi.

Xatırladaq ki, Cabbar Quliyev bu vəzifədən əvvəl Dövlət Təhlükəsizlik Xidmətində çalışıb. İşindəki nöqsanlara görə, Mədət Quliyev tərəfindən bu orqandan xaric edilib.