Rövşən Nəcəf Rövnəq Abdullayevə: Mən kral deyiləm

  • By admin
  • 02 Aprel 2024 13:53

AFFA-nın yeni prezidenti Rövşən Nəcəf Rövnəq Abdullayevin “Kral öldü, Yaşasın Kral” replikasına reaksiya verib.

Gununsesi.info bildirir ki, AFFA-nın yeni rəhbəri ona kral deyilməsi ilə razılaşmadığını bəyan edib:

Birincisi, mən kral deyiləm, özümü heç vaxt kral hesab etməmişəm. Futbol böyük ailədir. Burada futbolu sevən, inkişafı istəyən insanların birlikdə çalışması vacibdir. Böyük etimad göstərilib. Mənə də böyük etimaddır. Uşaqlıqda məhəllə futbolu oynayan, daha sonra peşəkar olmasa, tanışlarla daim futbol oyanayn insan kimi, futbol mənə çox yaxındır, sevdiyim idman növüdür. Bu etimadı doğrultmaqla şəxsi futbola sevgimin təcəssüm olunması kimi baxıram. Göstərilən etimadı doğrutlmaq istəyirəm. Amma həmkarlarla birlikdə olacağam. Bu, bir nəfərin işi deyil. Fəal olaraq işlərə cəlb olunacağam. Amma İK-dəki, AFFA-dakı həmkarlar, medianın dəstəyi lazım olacaq. Xoş günlər çox olsun, onları qeyd edək. Futboldur da, udursan da, uduzursan da. Uduzanda da səbəbləri araşdırıb həlli yolunda işlər görəcəyik. Bu etimadı doğrutlmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm”.

 

Mina

Gununsesi.info