
Mayın 19-da mərkəzi icra hakimiyyəti orqanlarırəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulucədvəlinə uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Mingəçevirdə, Mingəçevir və Yevlax şəhərlərindənolan vətəndaşları qəbul edib.
Gununsesi.info xəbər verir ki, qəbulda Mingəçevir və Yevlax şəhərlərində yaşayanvətəndaşlar iştirak ediblər ki, onların da əksəriyyəti həmin ərazilərdə məcburi köçkün kimi məskunlaşan şəxslər olub. Müraciətlərdə dövlət mənzil fonduna məxsus xüsusitəyinatlı yaşayış sahələrinin verilməsi, müvəqqəti yaşayış sahələrinin təmiri, vahid aylıq müavinətin təyin edilməsi, məşğulluq və Böyük Qayıdış məsələləri üstünlük təşkil edib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azadolunmuş ərazilərdə genişmiqyaslı abadlıq və quruculuq, bərpa işləri görüldüyü, Birinci vitse-prezident xanımMehriban Əliyevanın bu kateqoriyadan olan insanlaraxüsusi diqqət və qayğı göstərdiyi diqqətə çatdırılıb. Bildirilib ki, məcburi köçkünlərin yeni mənzillərlə təminatıbundan sonra işğaldan azad olunmuş ərazilərdə həyatakeçiriləcək. Eyni zamanda, doğma yurda qayıdacaqməcburi köçkünlərin məşğulluğunun təmin edilməsi üçünkomitə tərəfindən yerli və beynəlxalq təşkilatlarlaəməkdaşlıq edilir.
Qəbul zamanı vətəndaşların qaldırdıqları məsələlərin birqismi yerində həll olunub. Dövlət Komitəsinin sədrimüraciətlərdə qaldırılan məsələlərin qısa müddətdəaraşdırılacağını və müvafiq tədbirlərin görüləcəyini bildirib.
Gununsesi.info