Rövşən Rzayev qəzalı binalarda yaşayan köçkün ailələrlə görüşdü - FOTO

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Rövşən Rzayev Bakının Qaradağ rayonunda qamış tipli üç mərtəbəli qəzalı binalarda müvəqqəti məskunlaşmış 37 məcburi köçkün ailəsi ilə görüşüb.
Bu barədə Gununsesi.info-ya Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Sədr onların problemləri ilə yerində tanış olub, qayğılarını dinləyib, suallarını cavablandırıb.
Məcburi köçkünlərin problemlərinin araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün tapşırıqlar verilib.
 

COMMENTS