
Qaçqın və Məcburi Köçkünlərin İşi Üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev məcburi köçkün olan İkinci Vətən Müharibəsinin qazisi Hüseynağa Dünyamalıyevə mənzil verib.
Bu barədə Gununsesi.info-ya açıqlama verən qazimiz bildirib ki, komitə sədrinə müraciətindən sonra ona Qobuda inşa olunmuş yaşayış kompleksində ona 3 otaqlı mənzil verilib: “Mən “Qaçqınkom” sədri hörmətli Rövşən Rzayevə təşəkkür edirəm. Özüm Laçın köçkünüyəm”.
Qeyd edək ki, məcburi köçkün kimi Bərdədə məskunlaşan Hüseynağa Dünyamalıyev müharibədə yaralanıb. Qısa müddət müalicədən sonra yenidən könüllü döyüşlərə qatılıb.