“Rövşən Lənkəranski”nin varisi Bakıya gəlir - FOTO

  • By admin
  • 12 Avqust 2019 13:53

Mərhum avtoritet “Rövşən Lənkəranski”nin varisi “Şeyx ” ləqəbli çeçenistanlı kriminal avtoritet Xamzat Qastamirov Azərbaycana gəlir. 

Gununsesi.org bildirir ki, bu barədə adıçəkilən şəxsə məxsus sosial şəbəkə hesablarından məlumat yayılıb.

Məlumatda deyilir: “Mən nə qədər ki sağam, hər il mənəvi qardaşım olan Rövşənin qəbrini ziyarət edəcəm.Bununla bağlı mənə şərait yaradanlara təşəkkürümü bildirirəm”. 

Xatırladaq ki, “Lənkəranski” ləqəbli  kriminal avtoritet Rövşən Caniyev 18 avqust 2016-cı ildə Türkiyənin İstanbul şəhərində qətlə yetirilmişdir.

Lənkəran səfərindən sonra “Şeyx “ Gəncə şəhərindəki İmamzadə ziyarətgahını ziyarət etməyə gedəcək.

Elmar 

Gununsesi.org