Rövşən Rzayev köçkün qaziləri qəbul edib -FOTOLAR

  • By admin
  • 26 Aprel 2022 20:22

Aprelin 26-da Qaçqınların Məcburi Köçkünlərin İşləri Üzrə  Dövlət Komitəsinin sədri Rövşən Rzayev əvvəlcədənnövbəlilik əsasında qəbula yazılmış vətəndaşların qəbulunu keçirib, onların suallarını cavablandırıb.

Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə qaçqınların məcburi köçkünlərin yaşayış şəraitininyaxşılaşdırılması, məşğulluğunun artırılması üçün genişmiqyaslı tədbirlər həyata keçirilib.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da müharibədənəziyyət çəkən insanlara, o cümlədən məcburi köçkünlərə xüausi diqqət qayğı göstərdiyi qeyd olunub.

Nəzərə çatdırılıb ki, bu günədək məcburi köçkünlərinmüvəqqəti məskunlaşdığı ərazilərdə onların mənzil-məişətşəraitinin yaxşılaşdırılması üçün tədbirlər görülüb. Vətən müharibəsində qazanılan qələbədən sonra yeni reallıqlaryaranıb. Bundan sonra məcburi köçkünlər üçün mənzillərişğaldan azad edilmiş ərazilərdə inşa ediləcək, onlarınmərhələli şəkildə doğma yurda qayıdışı həyata keçiriləcək.
Hazırda, Zəngilan, Füzuli, Ağdam rayonlarında, həmçininŞuşa şəhərində yeni yaşayış sahələrinin inşası davametdirilir, müvafiq infrastruktur yaradılır.

Qəbulda iştirak edən vətəndaşların müraciətləri, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət, məşğulluq, işğaldan azad olunmuş ərazilərə qayıdış və digər məsələlərlə əlaqədar olub.

Komitə sədrinin qəbulunda əksəriyyəti məcburi köçkün olan vətəndaşların müraciətləri dinlənilib və müvafiq qaydada qeydə alınıb. Onlara bildirilib ki, qaldırılan məsələlər araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə həll ediləcəkdir.

Bu gün keçirilən qəbulda 44 günlük savaşda iştirak edən gənc qazilər də olub.
Rövşən Rzayev məcburi köçkün statusu olan həmin qazilərə müharibədəki qəhrəmanlıqlarına görə təşəkkür edib.

 

Gununsesi.info