Rövşən Rzayev köçkünlərlər görüşüb

  • By admin
  • 02 Avqust 2022 18:31

Avqustun 2-də Qaçqınların Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev əvvəlcədən növbəlilik əsasında qəbula yazılmış vətəndaşlarla görüşüb.

Bu barədə Gununsesi.info-ya adıçəkilən komitədən bildirilib.

Məlumata görə, Prezident İlham Əliyevin rəhbərliyiilə məcburi köçkünlərin yaşayış şəraitininyaxşılaşdırılması, məşğulluğunun artırılması üçüngenişmiqyaslı tədbirlər həyata keçirilib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da müharibədənəziyyət çəkən insanlara, o cümlədən məcburiköçkünlərə xüsusi diqqət qayğı göstərdiyi qeydolunub.

Məcburi köçkünlərin doğma yurdaişğaldan azadedilmiş ərazilərə qayıdışının başlandığı məmnunluq hissi ilə qeyd edilib.
Bildirilib ki, Zəngilan rayonundaağıllı kəndkonseptində salınan Ağalı kəndinə iyulun19-dan 25-nə kimi Bakıdan köç karvanları yola salınıb. İlkin mərhələdə kəndə 41 məcburi köçkün ailəsiyerləşdirilib. Ağalıya əhalinin köçürülməsi davametdiriləcək.

Komitə sədrinin fərdi qaydada qəbul etdiyi məcburi köçkünlər tezliklə doğma yurda qayıdacaqlarına əmin olduqlarını bildiriblər.
Qəbulda iştirak edən vətəndaşların müraciətləri, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunalxidmətlər, status, vahid aylıq müavinət, məşğulluq, işğaldan azad olunmuş ərazilərə qayıdış digərməsələlərlə əlaqədar olub.

Vətəndaşlara bildirilib ki, müraciətləri və qaldırdıqları məsələlər araşdırılacaq, qanunvericiliyə uyğun şəkildə həll ediləcəkdir.

 

Gununsesi.info