Rövşən Rzayev Mingəçevirdə vətəndaşlarıqəbul edib

  • By admin
  • 19 May 2022 17:39

Mayın 19-da mərkəzi icra hakimiyyəti orqanlarırəhbərlərinin şəhər rayonlarda vətəndaşların qəbulucədvəlinə uyğun olaraq, Qaçqınların Məcburi Köçkünlərin  İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Mingəçevirdə, Mingəçevir Yevlax şəhərlərindənolan vətəndaşları qəbul edib.

Gununsesi.info xəbər verir ki, qəbulda Mingəçevir Yevlax şəhərlərində yaşayanvətəndaşlar iştirak ediblər ki, onların da əksəriyyəti həmin ərazilərdə məcburi köçkün kimi məskunlaşan şəxslər olub. Müraciətlərdə dövlət mənzil fonduna məxsus xüsusitəyinatlı yaşayış sahələrinin verilməsi, müvəqqəti yaşayış sahələrinin  təmiri, vahid aylıq müavinətin təyin edilməsi, məşğulluq Böyük Qayıdış məsələləri  üstünlük təşkil edib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azadolunmuş ərazilərdə genişmiqyaslı abadlıq quruculuq, bərpa işləri görüldüyü, Birinci vitse-prezident xanımMehriban Əliyevanın bu kateqoriyadan olan insanlaraxüsusi diqqət qayğı göstərdiyi diqqətə çatdırılıb. Bildirilib ki, məcburi köçkünlərin yeni mənzillərlə təminatıbundan sonra işğaldan azad olunmuş ərazilərdə həyatakeçiriləcək.  Eyni zamanda, doğma yurda qayıdacaqməcburi köçkünlərin məşğulluğunun təmin edilməsi üçünkomitə tərəfindən yerli beynəlxalq təşkilatlarlaəməkdaşlıq edilir.

Qəbul zamanı vətəndaşların qaldırdıqları məsələlərin birqismi yerində həll olunub. Dövlət Komitəsinin sədrimüraciətlərdə qaldırılan məsələlərin qısa müddətdəaraşdırılacağını müvafiq tədbirlərin görüləcəyini bildirib.

Gununsesi.info