Xəbər verdiyimiz kimi, aparıcı Rövşanə Ağasəfqızı “Space TV”dən işdən çıxarılıb.
Gununsesi.info xəbər verir ki, o, MTV-də fəaliyyətini davam etdirəcək.
Rövşanə kanal rəhbərliyi ilə görüşüb və təklifi qəbul edib.
Qeyd edək ki, R.Ağasəfqızı açıqlamasında “Hazırda məzuniyyətdəyəm. Bu gün “Space TV”nin rəhbəri Vado Korovinin kürəkəni, icraçı direktor mənə zəng vurdu və işimə xitam verildiyini bildirdi. Heç bir səbəb isə söyləmədi. Mənim üçün gözlənilməz oldu. Maraqlı layihə olarsa, iş təkliflərini dəyərləndirməyə hazıram” sözlərini deyib.
Gununsesi.info