Müğənni Röya Ayxan dünən Türkiyədə keçirilən “Demokratiya və Şəhidlər” mitinqinə qatılıb.
Gununsesi.info xəbər verir ki, Türkiyəli məhşurlarla birgə iştirak edən ifaçı orda olduğundan məmnunluğunu qeyd edib. Qardaş ölkədə “İmperator” titulunu daşıyan İbrahim Tatlisəslə görüşən Röya, bu məqamı sosial şəbəkədə bölüşərək bildirib:
“Bu gün qardaş qardaş ölkə birlik nümayiş etdirdi və çox sevindim ki bu birlikdə əl-ələ idik. 6 milyona yaxın insan və təbii ki, ulduzlar çiyin-çiyinə idi. Əsən bayraqlar içərisində Azərbaycanın bayrağını görmək şərəf idi. Allah bizləri bəladan uzaq etsin. Amin! Ən yaddaqalan dəqiqə “İmperator”un əlimi tutub, “mahnılarını göndər, mən də qulaq asım” deməyi idi. Bu arada məni ona Özcan Dəniz təriflədi, nə gizlədim mənə çox xoş idi”.
Sevinc
Gununsesi.info