
“Elə mahnılar var ki, biz onu həmişə sevirik. Faiq Ağayevin yaradıcılığında olan bütün əsərləri sevmişəm və hörmətlə yanaşmışam. Amma “Uşaq kimi” mahnısı çox gözəldir”
Gununsesi.org xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan İnstaqram “Story”də paylaşdığı videoya deyib.
Sənətçi bir neçə müddət öncə qalmaqal yaşadığı Xalq artisti Faiq Ağayevə barışıq əli uzadıb:
“Küsənlər, hamınız barışın. Kiçik kiçiklik etsin, böyük də böyüklüyünü”.
Qeyd edək ki, qalmaqalın səbəb olan Faiq Ağayevin Azərbaycandakı konsertlərdən real gəlir və izləyici yığan müğənnilər sırasında Röyanın adını çəkməməsi olmuşdu.
Gununsesi.org