Röya səhnəyə “göydən düşdü” -FOTO

Yanvarın 27-də Xalq artisti Röya Ayxanın Bakı Konqres Mərkəzində “Dəli kimi” adlı solo konserti baş tutub.

Gununsesi.info xəbər verir ki, o, konsertdən öncə jurnalistlərin suallarını cavablandırıb. R. Ayxan bu konsertin 3 il ərzində müxtəlif səbəblərdən təxirə salındığını xatırladıb və buna görə külli miqdarda xərcə düşdüyünü, borclarının olduğunu etiraf edib.

HTML tutorial

O, konserti üçün cəmi bir həftəyə 25 libasın hazırlandığını bildirib.

Röya səhnəyə hündürlükdən xüsusi kəndir vasitəsilə enib. Konserti “Kesin bilgi” mahnısı ilə açıq elan edən müğənni gecəboyu ən hit və sevilən ifaları ilə tamaşaçılarını sevindirib. Konsertdə yaddaqalan məqamlar arasında “Afaki” mahnısı zamanı səhnəyə avtomobilin çıxarılması olub.

Qeyd edək ki, solo konsert bu gün və sabah da olacaq.













Gununsesi.info