Əməkdar artist Röya Ayxan “ATV maqazin onlar”la verilişində son işlərindən danışıb. Gununsesi.info-nun xəbərinə görə, müğənni “Düşürsən tez-tez yada” mahnısına klip çəkdiyini deyib: “Etibar Babayevlə birgə olan işimizdir. Mən o insanla işləməyi sevirəm. Bir qadının evdə tək darıxmağını çəkdik. Axşam tərəfi geyinirsən, hazırlaşırsan ki, bəlkə zəng edə, səni harasa apara amma gözlədiyin olmur. Mən yaşamışam o halları… Mən sevdimsə o sevgini də, ayrılığı da gözəl yaşayıram. Dostlarım deyir ki, əzab çəkir, amma gözəl əzab çəkir. Madam kimi əzab çəkirəm, iyrənclik olmur”.