Röya villanın alınmasından danışdı - "GÖZÜDOYMAYAN ADAMIN ŞƏHƏRDƏ BİR EVİ OLAR?"

  • By admin
  • 27 İyul 2017 11:38

roya

Əməkdar artist Röya Ayxan eks-qayınatası, “Çudo Peçka”nın sahibi Çingiz Cəlilovun həbsi və ailənin ona verdiyi villanın müsadirə olunmasına münasibət bildirib.

Gununsesi.info xəbər verir ki, müğənni “Qafqazinfo”ya açıqlamasında sözügedən mülkün əlindən alınmasına aydınlıq gətirib.

O qeyd edib ki, həmin ev mətbuatda yazıldığı kimi, Ç. Cəlilovun həbsindən sonra deyil, daha öncə əllərindən alınıb:

“Mən onlardan nə bir manat istəyirəm, nə də götürərəm. Heç kimin malında, mülkündə gözüm yoxdur. Dünən mediada yazılıb ki, bizə verilən villa da müsadirə olunub. Demək istəyirəm ki, həmin ev dünən deyil, borc məsələsi gündəmə gələndən sonra təhvil verilib”.

Röya eks-həyat yoldaşının ailəsinin hazırkı vəziyyətindən də danışıb:

“Xahiş edirəm, biri yıxılanda onu az baltalayın.  Onlar hazırda bir evdə yaşayırlar, bütün ailə o evə sığınıb. Gözüdoymayan adamın şəhərdə bir evi olar? Hər kəsi ədalətli olmağa çağırıram”.