Röya yeni layihəsini təqdim etdi…

  • By admin
  • 06 Mart 2021 00:54

Xalq artisti Röya Ayxan növbəti layihəsini təqdim edib.

Gununsesi.info xəbər verir ki, məşhur müğənni bu dəfə “Sənə qədər” adlı mahnısına klip çəkdirib.

HTML tutorial

Söz və musiqisi Zülfi Bədəlova aid olan bəstəni ekranlaşdırmaq üçün rejissor Cəlal Kəngərliyə müraciət olunub.

Ekran işi sadə süjet xəttinə malikdir və R. Ayxan bir obrazda kamera qarşısına keçib.

Rejissor Bakıda lentə aldığı klip barədə deyib:

“Röya Ayxanla görüşümüzdə mahnıya qulaq asdıqdan sonra mənə sadə, amma şık bir klip istədiyini dedi. Şaxtalı havada qəlbimi isidən ifanın mənə bəxş etdiyi hissləri ekran işinə köçürmək qərarına gəldim”.

Mahnı bütün musiqi platformalarında, klip isə Xalq artistinin rəsmi “YouTube” hesabına yerləşdirilib.

 

Gununsesi.info