Röyadan məşhur aktrisaya MÜRACİƏT: “Ərinizi çox bəyənirəm” -VİDEO

Ötən gün Bakıda “Altın Kelebek” mükafatları ilə bağlı tədbir keçirilib.

Gununsesi.info Sfera.az-a istinadla xəbər verir ki, “Elektra Hall”da baş tutan gecə maraqlı anlarla yadda qalıb.

Belə ki, tədbirə bir çox məşhur sima qatılıb. Onlar arasında Xalq artisti Röya Ayxan, müğənni Ayaz Babayev və digərləri yer alıblar.

Tədbirin qonaqlarından biri də türkiyəli məşhur aktrisa Demet Özdemir olub. Səhnədə mahnı ifa dən Röya Ayxan Demetə səslənib. O, türkiyəli aktrisaya həyat yoldaşını çox bəyəndiyini etiraf edib.

Sənətçinin bu addımı hər kəsi təəccübləndirib.

Guunsesi.info