Röyanın sevgilisi var?

  • By admin
  • 02 Yanvar 2020 11:08

Xalq artisti Röya Ayxan Xəzər TV-də yayımlanan “5-də-5” axşam şousunda qonaq olduğu zaman verdiyi açıqlamalarla gündəmə səs salıb.

Gununsesi.org xəbər verir ki, proqramın aparıcı Zaur Kamal ənənəyə sadiq olaraq Röyanı sual atəşinə tutub.

Məşhurun isə ikibaşlı cavabları eşidənləri təəcübləndirib.

Zaurun “Günəş vannası yoxsa sərin otağ?” sualına xalq artisti “Günəş vannası və yanında da birdənə gəşəng adam” cavabını verib.

Zaurun “nə olsun yanında?” şərhinə Röya “Adam da adam. İnək uzanmayacaq ki” fikirləri qarşı tərəfin üzünü güldürüb.

Aparıcı Röyaya “Birinci, yoxsa ikinci?” sualı ilə müraciət edib. Sənətçi isə “100-cü” deyib və aedınca “Ay birinci məhəbbətim” mahnısını ifa edərək, eşq, məhəbbətə eyham vurub.

Beləcə aparıcı Zaur xalq artisti Röyanın şəxsi həyatında sevgilisinin olub-olmadığını da aşkara çıxarıb.

Gununsesi.org