“Əsgər Ailəsi”cəməyyətinin sədri, hərbi jurnalist Roza Əliqızı Türkiyədə Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar “Xocalı əsrin faciəsi”adlı görüş və konfranslar keçirir.
Gununsesi.info-nun xəbərinə görə, İstanbulda Kore və Kipr qaziləri və şəhid ailələri ilə keçirilən görüşlərdə, Roza Əligızı Xocalı soyqırımı haqqında ətraflı və geniş məlumatlar verib, erməni vəhşiliklərindən, Xocalı şəhərinin bir gecənin içində yandırılıb yox edilməsindən danışıb.
Daha sonra R.Əliqızı Xocalı soyqırımı haqqında yazdığı “Soyqırım” adlı kitabını görüş iştirakmılarına təqdim edib.
Görüşün sonunda Qazilər və şəhid ailələri Roza Əıiqızına dəstək olaraq, “Xocalıya ədalət” çağırışıyla Beynəlxalq Təşkilatlara bəyanat göndəriblər. bəyanatda Xocalıda baş verənlərhüquqi qiymət verilməsi tələb edilib.
Görüşdə Türkiyə KİV ilə yanaşı Xorvat televiziyasının əməkdaşları da iştirak ediblər.
Gülnaz Qənbərli
Gununsesi.info