
Müğənni Roza Zərgərli Bakı Xoreoqrafiya Akademiyasında pedaqoji fəaliyyətə başladığını bildirib.
Gununsesi.info-nun məlumatına görə, o, İncəsənət fakültəsində dərs deyir.
Müğənni Azərbaycan teatr tarixi, Dünya teatr tarixi, Dram nəzəriyyəsi kimi fənləri tədris edir və 2016-cı ildən həmin akademiyanın doktorantıdır.
Məlumata görə, o, fəlsəfə doktoru proqramı üzrə “Müstəqillik dövrü Azərbaycan teatrında türkdilli xalqlar dramaturgiyasının səhnə təcəssümü “ adlı dissertasiya üzərində çalışır və müdafiə ərəfəsindədir.
Gununsesi.info