
Əcnəbi festival juri kimi Roza Zərgərlini seçdi
Ufada 18-ci “Ural mono-2016” Türk gəncləri müsabiqə-festivalı keçirilib. Gununsesi.info xəbər verir ki, bu müsabiqədə Azərbaycanı vokalist Nicat Rəhimov, çalğıçılar: Mədinə Şahgəldiyeva və Aygül Həsənova təmsil edib. Münsiflər heyətində isə müğənni Roza Zərgərli əyləşib. Bu barədə ifaçı “İnstagram” səhifəsində məlumat verib.
Müsabiqədə 5 türkdilli ölkə və Rusiyanın 9 regionundan olan 56 istedadlı ifaçı və yaradıcı qrup öz məharətini göstərib.
Sevinc Xeyrulla