Ruanda nüvə reaktorlarının tikintisi ilə bağlı ABŞ ilə müqavilə bağlayıb

  • By ilhame
  • 14 Avqust 2024 21:01

Ruanda Atom Enerjisi İdarəsi ABŞ-nin “Nano Energy” şirkəti ilə ölkədə nüvə enerjisinin inkişafı proqramına dair müqavilə imzalayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “The New Times” qəzeti Ruandada kiçik modul nüvə reaktorlarının tikintisini nəzərdə tutan sənədə istinadən yazıb.

Məlumata görə, “Nano Energy” Ruandaya texniki yardım göstərəcək və nüvə mütəxəssisləri hazırlayacaq, həmçinin müvafiq müasir infrastrukturu yaradacaq.

Gununsesi.info