Ruben Vardanyan istefaya göndərildi

Qarabağdakı separatçı rejimin “dövlət naziri” Ruben Vardanyan istefaya göndərilib.

Gununsesi.info “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı separatçı rejimin “rəhbəri” Arayik Arutyunyan açıqlayıb.

Məlumata görə, onu bu “vəzifə”də qondarma rejimin “baş prokuroru” Qurqen Nersisyan əvəz edəcək.

Gununsesi.info