Gununsesi.info xəbər veri ki, 2021-ci ilin iyununda Ermənistan vətəndaşlığını qəbul edən Vardanyan bir il sonra Rusiya vətəndaşlığından imtina edərək Qarabağa köçmək planını elan edib. 2022-ci ilin noyabrında isə separatçı bölgənin “dövlət naziri” olub.
Ancaq bu vəzifəyə gəlməsinin üstündən üç ay keçməmiş, azərbaycanlı fəalların Laçın yolunda etiraz aksiyasına başlamasından iki ay sonra Vardanyan erməni separatçılarının lideri Arayik Arutyunyan tərəfindən vəzifəsindən çıxarılıb. Səbəb kimi isə Azərbaycan tərəfinin onu Kremlə çox yaxın hesab etməsi göstərilib.
Ancaq Vardanyan özünü sındırmır. “Dövlət naziri vəzifəsi mənim üçün məqsəd deyildi, məqsədlərimə daha effektiv nail olmağın üsulu idi”, – deyə Vardanyan vəzifəsindən çıxarıldıqdan sonra AzadlıqRadiosuna yazdığı elektron cavabında bildirib.
Dövlət naziri separatçı bölgədə prezidentdən sonra ikinci ən böyük vəzifədir. Baş nazir vəzifəsi rəsmən 2017-ci il referendumunda ləğv edilsə də, xalq hələ də bu vəzifəni “baş nazir” adlandırır. “Məqsədim dəyişməz qalır: təhlükəsiz, azad, ləyaqətli erməni Artsaxı”, – o bildirib. Ermənilər Qarabağa “Artsax” deyirlər
Gununsesi.info