Rubl kəskin bahalaşdı

  • By admin
  • 20 İyul 2023 20:04

İyulun 20-də günorta saatlarında “Mosbirzhe”də ticarət zamanı rublun məzənnəsi kəskin artıma doğru hərəkət edib.

Gununsesi.info xəbər verir ki, dollara münasibətdə demək olar ki, bir faiz bəndi, avroya münasibətdə isə 1,5 faizdən çox artıb.

Saat 17:34-ə olan məlumata görə, dollar 90,62 rubl, avro isə 101,04 rubl səviyyəsində ticarət olunur. Yuan da yerli minimuma, 12,576 rubla çatıb.

Moskva birjasının indeksi 0,8 faiz azalaraq 2920 bənd təşkil edib. Fond bazarının belə dinamikası ilk növbədə Mərkəzi Bankın Direktorlar Şurasının iyulun 21-də keçiriləcək iclası ilə bağlıdır.

Gununsesi.info