Rüfət Aslanlı: “Biz bankların dollar satışına müdaxilə etmirik”

  • By admin
  • 22 Avqust 2016 13:41

One hundred dollar notes are seen in this photo illustration at a bank in Seoul January 9, 2013. REUTERS/Lee Jae-Won

Azərbaycanda dollar qıtlığı yaşanır. 

Gununsesi.info-nun xəbərinə görə, bu haqda Türkiyə mətbuatı yazıb. Belə ki, xəbərdə bildirilib ki, Azərbaycanda dövlət milli pul vahidi manatın dəyərini yüksəltmək üçün səfərbər olub. Hətta, Azərbaycanda fəaliyyət göstərən banklar belə dollar kreditləşməsini dayandırıb. 

Məsələ ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı “Bloomberg”ə verdiyi açıqlamada bəyan edib ki, biz bankların dollar satışına müdaxilə etmirik, bütün prosedurlar satışı gerçəkləşdirən təşkilat tərəfindən həyata keçirilir. 

Məhz, dünyada neftin qiymətinin aşağı düşməsi Azərbaycan iqtisadiyyatına öz mənfi təsir göstərməkdədir. Məlumatda qeyd olunub ki, keçmiş sovetlər birliyində ən çox dəyər itirən pul vahidi Azərbaycan manatı olub. Hazırda1 dollar 1.6825 AZN satılır.

Azərbaycan Mərkəzi Bankı ötən il manatın məzənnəsinin sabit saxlamaq məqsədilə dollar ehtiyyatının üçdə ikisini xərcləyib.

Anar

Gununsesi.info