Yüzlərlə vətəndaşa qarşı dələduzluq edən Rüfət Piriyev saxlanılıb

  • By ilhame
  • 09 Yanvar 2024 21:22

Xarici ölkələrə viza düzəltmək adıyla vətəndaşlara qarşı çoxsaylı dələduzluq əməllərində şübhəli bilinən Rüfət Piriyev polis əməkdaşları tərəfində müəyyən olunaraq saxlanılıb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Daxili işlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev onun saxlanılması ilə bağlı məlumat yayıb.

Rüfət Piriyev barəsində qaldırılan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, “Abroad” MMC-nin rəhbəri və “Greencard Azerbaijan” şirkətinin direktoru kimi tanınan adıçəkilən şəxs barəsində Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsi ilə cinayət işi açılıb.

 

Saylarının 200 nəfərdən çox olduğunu bildirən şikayətçilər R.Piriyevin ABŞ və Kanadaya köçmək, orada şirkətlərin qurulması və digər vədlərlə onlardan pul aldığını, lakin vədinə əməl etmədiyini, pulları da geri qaytarmadığını bildiriblər.

 

Bildirək ki, greencard.az saytında “Greencard Azerbaijan”ın şirkət olaraq “Abroad”MMC-yə məxsus olduğu, rəsmi dövlət qeydiyyatından keçdiyi yazılıb.

Gununsesi.info