Rüfət Səfərovdan anasına doğum günü təbriki -MƏNƏ GÖRƏ BAŞIN UCADIR

  • By admin
  • 14 Aprel 2017 12:30

rufet

Hazırda həbsdə olan sabiq müstəntiq Rüfət Səfərov vəkili Bəhruz Bayramov vasitəsilə anası Tahirə xanımı doğum günü münasibətilə təbrik edib. Gununsesi.info-nun xəbərinə görə, Rüfət Səfərov anası üçün bunları deyib!

Əziz Anam! 

Oğlunun günahsız yerə məhkumluq həyatı yaşamasına görə üzüntülüsən. Amma üzülməyə dəyməz. Həbs həyatı yaşayan əksər insanların anasından Sənin bir fərqin var. Oğlun hansısa cinayət əməlinə görə həbs həyatı yaşamır. Əminəm ki, övladları cinayət törətdiyinə görə ictimai qınaqdan çəkinən analardan fərqlisən. Hər yerdə başın ucadır. Çünki, oğlun haqq-ədalət uğrunda həbsdədir.

Səni təbrik edirəm! Dözüm, dəyanət arzu edirəm!

Oğlun Rüfət

9 saylı cəzaçəkmə müəssisəsi