Rüfət Səfərovdan xəbər var - Vəkil sabiq müstəntiqlə görüşdü

  • By admin
  • 14 Sentyabr 2016 15:48

rufet-s

“Mən siyasi məhbusam. Məni siyasi əqidəmə və söylədiyim azad fikirlərə görə həbs ediblər”.

HTML tutorial

Gununsesi.info-nun xəbərinə görə, bu haqda  sentyabrın 8-də Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilən Zərdab Rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərov vəkili Bəhruz Bayramovla görüşündə belə deyib. B.Bayramovun sözlərinə görə, R.Səfərov hazırda  saxlanma şəraitindən narazı deyil: “Rüfətin əhval-ruhiyyəsi yaxşıdır. 1 saylı İstintaq Təcridxanasınını əməkdaşlarından və saxlanma şəraitindən də heç bir narazılığı yoxdur.  Rüfət Səfərov yalnız hökmdən narazıdır”-, deyə o bildirib.

Qeyd edək ki, Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi Eldar Sabiroğlunun oğlu Rüfət Səfərov 2015-ci ilin dekabr ayında baş prokuror Zakir Qaralova ərizə yazaraq, Zərdab Rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən istefa verib. O, ölkədəki kütləvi ədalətsizliyə və atasına qarşı haqsız hücumlara etiraz əlaməti olaraq belə addım atdığını vurğulayıb.

Xatırladaq ki,  2016-cı yanvarın 15-də Binəqədi rayon Məhkəməsinin qərarı ilə R.Səfərov barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilmişdi. Həmin qərardan məhkəməyə müraciət olunaraq həbs qərarının ev dustaqlığı ilə əvəz olunması istənilmişdi. Yanvarın 22-də müraciətə Binəqədi rayon Məhkəməsi baxıb və barəsində seçilmiş həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.

R.Səfərov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilir.

Gülnaz Qənbərli

Gununsesi.info