Rüfət Səfərovla eyni kamerada hüquq-mühafizə orqanlarının sabiq əməkdaşı saxlanılır - PENİTENSİAR XİDMƏT

  • By admin
  • 05 Yanvar 2017 14:58

 1370851021_mehman-sadiqov

“Eldar Sabiroğlu  onun oğlu Rüfət Səfərovun yanına  guya xüsusi təhlükəsi residivistin salınmasıyla bağlı  bizə 2 gün əvvəl  zəng etmişdi. Biz bu haqda ona izahat da  verdik”.

Bu haqda Gununsesi.info-ya Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov hazirda həbsdə olan sabiq müstəntiq Rüfət Səfərovun atası Eldar Sabiroğlunun sosial şəbəkədə  yaydığı bəyanata münasibət bildirərkən belə deyib.

M.Sadıqov bildirib ki,  bəyanatda verilən məlumatlar həqiqəti əks etdirmir:

“Bu haqda Eldar Sabiroğluna da bildirdik ki, onlara verilən informasiya yanlış məlumatdır.  Hazırda Rüfət Səfərovla eyni kamerada  hüquq-mühafizə orqanlarının sabiq əməkdaşı saxlanılır. Onun bü cür bəyanat verməsi üçün heç bir əsas yoxdur”- deyə, o, bildirib.

 Gülnaz Qənbərli

Gununsesi.info