Bakı Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə mühakimə olunan “Müdafi Xətti” İnsan Hüquqları Təşkilatının rəhbəri Rüfət Səfərovun məhkəməsi xeyli müddətdir ki, baş tutmur.
Gununsesi.info-nun araşdırması zamanı bəlli olub ki, hava şəraitinin kəskin isti keçməsi səbəbindən Səfərov özü məhkəmənin ertələnməsini xahiş edib.
Məlumata görə, hüquq müdafiəçisini mühakimə edən məhkəmə kollegiyası da məzuniyyətə çıxıb.
Yaxınlarının dediyinə görə Rüfət Səfərovun məhkəməsi sentyabr ayında davam etdiriləcək.
Günay
Gununsesi.info











