Rüfət Səfərovun şikayətinə baxıldı

  • By admin
  • 17 Noyabr 2016 12:29

rufet

Şirvan Apellyasiya Məhkəməsində hakim Ələsgər Novruzovun sədrliyi ilə Zərdab rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərovun barəsində çıxarılan hökmdən verilən apellyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib.

Bu haqda Gununsesi.info-ya R.Səfərovun vəkili Bəhruz Bayramov məlumat verib. Onun sözlərinə görə,  prosesdə məhkəmə baxışı dekabrın 1-nə təyin edilib. olunub.

Xatırladaq ki,  Zərdab rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilib. Bu il yanvarın 15-də Binəqədi rayon Məhkəməsinin qərarı ilə R. Səfərov barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Həmin qərardan məhkəməyə müraciət olunaraq həbs qərarının ev dustaqlığı ilə əvəz olunması istənilib. Yanvarın 22-də onun müraciətinə Binəqədi rayon Məhkəməsi tərəfindən baxılıb və barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.

Sentyabrın 8-də Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R. Səfərov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən apellyasiya şikayəti verilib.

Gülnaz Qənbərli

Gununsesi.info