Rüfət Səfərovun Hüquqlarını Müdafiə Komitəsi toplandı - GÜNAHSIZDIR

  • By admin
  • 13 Oktyabr 2016 17:09

 

ruf

Vəkil: “Məhkəmədə hakimlər dövlət ittihamçısı rolunda idilər”

 

Dünən Azərbaycan Ziyalılar Hərakatının ofisində hazırda həbsdə olan sabiq müstəntiq Rüfət Səfərovun Hüquqlarını Müdafiə Komitəsinin toplantısı keçirilib. Gununsesi.info-nun xəbərinə görə, komitənin sədri Eldəniz Quliyev Rüfət Səfəroun həbsi barədə danışaraq, onun günahsız yerə məhkum olunduğunu deyib: “Təəssüf ki, bu gün Azərbaycan məhkəmələri cərrah bıçağına çevrilib. Amma bu bıçaq orqanizmdəki yaraları, xəstə yerləri deyil, sağlam yerləri kəsib atır”.  Onun sözlərinə görə, Rüfət Səfərovun Hüquqlarını Müdafiə Komitəsinə ölkənin tanınış ziyalılarının, ictimai xadimlərinin və hüquqşünaslarının qoşulması onu günahsız yerə məhkum olunmasının bir daha isbatıdır: “Demək olar ki, komitəyə üzv olmaq üçün hər gün müraciətlər alırıq.

Komitə sədri həmçinin, bildirib ki, Amerika və Avropa ölkələrindəki soydaşlarımız da bu həbsi pisləyib.

Sabiq müstəntiqin vəkili Bəhruz Bayramov Rüfət Səfərovun komitə üzvlərinə ünvanladığı müraciətini oxuyub. Müraciətdə bildirirlir ki, ölkənin nüfuzlu şəxslərinin, ziyalılarının  onun müdafiəsinə qoşulması tutduğu yolda haqlı olduğunu ortaya qoyur.

ruf1

Vəkil daha sonra Rüfət Səfərova verilən ittiham və məhkəmə hökmü barədə danışıb. Sübutların saxta toplandığını deyən vəkil bidirib ki, 3 hakimdən ibarət olan məhkəmə kollegiyası əslində dövlət ittihamçısı rolunda çıxış edib: “Biz prosesdə 1 yox, 4 dövlət ittihamçısı ilə mübarizə apardıq. Bəlkə bu da Azərbaycanda bilk ilk idi ki, nə vəkil kimi mənə müdafiə çıxışı, nə də Rüfətə son söz demək üçün şərait yaradılmadı.  Məhkəmədə hakimlər dövlət ittihamçısı rolunda idilər”.

Tanınmış hüquqşünas Müzəffət Baxış, Mətləb Mütəllimli, Səadət Cahangir, Əvəz Zeynallı və digər komitə üzvləri Rüfət Səfərovu müdafiə çıxışı ediblər.

 

Elmar Elnuroğlu