Rüfət Səfərov bu məsələdə hökumətlə anlaşdı

  • By admin
  • 12 Dekabr 2025 14:16

Hökumət Hüquq Müdafiəçisinə Təzminat Ödəyəcək

 

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM), Azərbaycan əleyhinə olan iki müraciəti –  hüquq müdafiəçisi Rüfət Səfərovun işinin  dostcasına həll yolu ilə yekunlaşdıraraq hökumətin ona  təzminat ödəməsinə qərar verib”.

 

Bu barədə Gununsesi.info-ya Avropa İnsan Hüquqları Məhkəməsindən göndərilən məlumatda deyilir.

 

Məlumata görə, AİHM-in Üçüncü Bölməsi tərəfindən 11 Dekabr 2025-ci il tarixində elan edilən işlərdə , şikayətçilərin iddia edilən pis rəftar, ifadə azadlığının pozulması (Konvensiyanın 3, 10-cü maddəsi) və bununla bağlı effektiv istintaqın aparılmaması barədə şikayətləri əsas götürülmüşdür:”Dostcasına həll yolu razılaşmasına əsasən, Azərbaycan Hökumət şikayətçiyə aşağıdakı məbləğləri ödəməyi öhdəsinə götürüb: Maddi və mənəvi zərər üçün:  Ərizəçiyə 7,500 Avro. Məhkəmə xərcləri üçün: Hər bir müraciətə görə 850 Avro .

Qeyd edək ki, Rüfət Səfərovu Avropa Məhkəməsində vəkil Yalçın İmanov təmsil edib.

Günay

Gununsesi.info