“Rufo Gəncinski” kimi tanınan “qanuni oğru” Ülfət Tağıyevə Monteneqroda sui-qəsd cəhdi olub.
Gununsesi.info -nun xəbərinə görə, killer restorandan çıxan Rufoya iki dəfə atəş açmağa çalışsa da, silah açılmayıb. Killer daha sonra polis tərəfindən saxlanılıb, Rufo isə Çinə qayıdıb.
Qeyd olunur ki, Moskvada Rufonun təsirini bərpa etmək üçün qarşıdurmalar da yaşanıb. Avqustun 12-də iş adamı Şaiq Süleymanovun avtomobili atəşə tutulub. İddialara görə, səbəb onun “obşak”a pul ödəməkdən imtina etməsi olub.












