Ruhəngiz Qasımova ilə vida mərasimi keçirilir - YENİLƏNİB + FOTO

Təzəpir məscidində Azərbaycanın Əməkdar incəsənət xadimi, bəstəkar Ruhəngiz Qasımova ilə vida mərasimi keçirilir.

Gununsesi.info  xəbər verir ki, mərasimdə incəsənət xadimləri, bəstəkarın ailə üzvləri, yaxınları iştirak edirlər.

HTML tutorial

Vida mərasimindən sonra mərhum Yasamal qəbiristanlığında doğmalarının məzarının yanında torpağa tapşırılacaq.

11:32

Bəstəkar, Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımovanın cənazəsi Honkonqdan Bakıya gətirilib.

Bu barədə APA-ya bəstəkarın qızı Canana Süleymanlı məlumat verib.

Qeyd edək ki, onunla vida mərasimi bu gün 13:00-dan 16:00-dək Təzəpir məscidində olacaq. Ruhəngiz Qasımova Yasamal qəbiristanlığındakı ailə məzarlığında dəfn ediləcək.

Xatırladaq ki, Ruhəngiz Qasımova oktyabrın 9-da Honkonqda böyrək çatışmazlığından vəfat edib.

Gununsesi.info