Ruhani ABŞ-da seçkilərdən sonrakı vəziyyətlə bağlı: “İran xalqına təslim olacaqlar”

  • By admin
  • 05 Noyabr 2020 17:10

İran Prezidenti Həsən Ruhani kimin qazanmasından asılı olmayaraq, ABŞ seçkilərində qalib gələcək növbəti administrasiyanın İran xalqının iradəsinə təslim olacağını deyib.

Gununsesi.info “Mehr” agentliyinə istinadla xəbər verir ki, İran lideri Fars körfəzindən ölkənin mərkəzi əyalətlərinə suyun ötürülməsi layihəsinin açılış mərasimində bu barədə danışıb.

Onun sözlərinə görə, ölkəsi son aylarda görünməmiş dərəcədə çətin dövrlər yaşayıb:

“Biz həmişə təzyiq altında idik (ABŞ-ın – red.), Sonra bu iqtisadi müharibəyə çevrildi. Onlar koronavirus pandemiyası fonunda sanksiyaları artırdılar”.

 

Gununsesi.info