Ruhani ABŞ-dan viza gözləyir

  • By admin
  • 19 Sentyabr 2019 09:51

İran prezidenti Həsən Ruhani ABŞ viza verməsə, BMT-nin Nyu-Yorkda keçiriləcək iclasına qatılmayacaq.

Gununsesi.org “İrna” agentliyinə istinadən xəbər verir ki, Xarici İşlər naziri Cavad Zərif də viza verilməsə, gələn həftə Amerikaya gedə bilməyəcək.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında neft zavodlarının dronlarla vurulmasından sonra ABŞ-la İran arasında münasibətlər yenidən gərginləşib. 

Gununsesi.org