Ruhani Azərbaycan ərazilərinin azad edilməsinin İran üçün faydalarından danışıb

  • By admin
  • 23 Dekabr 2020 19:21
“Azərbaycan ərazilərinin azad edilməsi İran iqtisadiyyatının dinamik inkişafına müsbət təsir göstərəcək”.
IRIB-in dekabrın verdiyi xəbərə görə, bunu İran prezidenti Həsən Ruhani hökumətin iclasındakı çıxışı zamanı deyib.
“Azərbaycan ərazilərinin azad edilməsi iqtisadiyyatımızın dinamik inkişafı üçün müsbət haldır. Bu, ilk növbədə “Xudafərin” su bəndi ilə bağlı yekun razılığa gələ bilməyimiz baxımından səmərəlidir. Biz artıq həm elektrik enerjisindən, həm də Araz çayının su ehtiyatlarından daha sərbəst şəkildə istifadə edə biləcəyik. Sözügedən bənd 120 min hektar ərazimizi su ilə təmin edə bilər, bu isə mühüm amildir”, – deyə İran Prezidenti vurğulayıb.
Həsən Ruhani onu da qeyd edib ki, Azərbaycan ərazilərinin azad edilməsinin həm dəmir yolları, həm də tranzit sahəsində İran üçün müsbət təsirləri olacaq.