Gununsesi.org xəbər verir ki, İran İslam Respublikasının prezidenti Həsən Ruhani müsəlman ölkələrini əhatə edəcək nəqliyyat sığortası yaratmağa çağırıb. Ruhani Qərbdəki sığorta şirkətlərinin ABŞ sanksiyaları səbəbilə İranın ixraclarını sığortalamaqda çətinlik çəkdiyini qeyd edib.
Ötən il prezident Donald Tramp ABŞ-ı 2015-ci ildə Tehranla əldə olunan çoxmillətli nüvə sazişindən çıxararaq, sanksiyaları bərpa edəndən sonra İranın neftdən asılı iqtisadiyyatı ağır zərbələr alıb.
Malayziyanın paytaxtı Kuala Lumpurda keçirilən sammitdə çıxış edən İran prezidenti müsəlman ölkələrinin sığorta daxil olmaqla bir çox sahələrdə bir-biriləri əməkdaşlıq etmək zamanının gəldiyini bildirib.
“Biz başa düşürük ki, bu gün bir çox iqtisadi əməliyyatlarımız və fəaliyyətlərimiz xarici ölkələrin sığortasından, böyük ölkələrdən gələn sığortadan asılıdır” deyən İran prezidenti “buna görə biz, müsəlman ölkələri olaraq müsəlman dövlətləri üçün, ələlxüsus nəqliyyat və tranzit sahələrində sığorta yaratmaq məqsədilə əməkdaşlıq edə bilsək, bu, bizi əcnəbilərdən asılılıqdan xilas edəcəkdir” fikirlərini də əlavə edib.
Gəmilər illik müharibə riski sığortası daxil olmaqla, müxtəlif sahələrdə sığortalanmalıdırlar.
Ruhani eyni sammitdəki çıxışında müsəlman ölkələrin tranzaksiyaları öz valyutalarında həyata keçirmələrini təklif edib. Prezident Ərdoğan da bu təklifi dəstəkləyib. Türkiyə Prezidenti sammitdə milli valyutalarla ticarət məsələsinə toxunaraq, xarici valyuta mübadiləsi təzyiqindən qurtulmağın mühüm olduğunu deyib.
Gununsesi.org