Ruhanidən Trampa sərt cavab: –“Əxlaq və ədəb öyrənsin”

Ruhanidən Trampa sərt cavab: –

2064796
İran prezidenti Həsən Ruhani ABŞ prezidenti Donald Trampın açıqlamalarına sərt cavab verib.

Gununsesi.info xəbər verir ki, Ruhani Trampın çıxışını çirkin və ədəbsiz adlandırıb:

“Onun çıxışı İran xalqına qarşı qarayaxmadan ibarət idi. Trampa biraz tarix və coğrafiya oxumasını, biraz da əxlaq və ədəb öyrənməsini tövsiyə edirəm”.

Qeyd edək ki, ABŞ prezidenti bu gün çıxışında İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) “terrorçu təəşkilatlar” siyahısına daxil edib və sanksiyaların tətbiq edilməsi barədə göstəriş verib. Tramp, həmçinin, İranı terrorizmə dəstək verən ölkə adlandırıb.
Gununsesi.info

COMMENTS